Jun 04, 2026

Aİ və Azərbaycan yeni ikitərəfli saziş üzrə danışıqları bərpa edir

2 və 3 iyun tarixlərində Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri və yeni Hərtərəfli Saziş üzrə danışıqların növbəti mərhələsi keçirilib. Danışıqlar Aİ və Azərbaycan arasında münasibətlərin 30 illiyi ilə eyni vaxta təsadüf edib.

 

“Bakıda Aİ-Azərbaycan arasında məhsuldar danışıqlar baş tutdu”. Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Facebook” səhifəsində paylaşıb. “Danışıqlar aparan tərəflər Tərəfdaşlıq Prioritetlərinin mətnini ilkin olaraq razılaşdırıb və rəsmi şəkildə yeni Aİ-Azərbaycan ikitərəfli sazişi üzrə danışıqları rəsmi şəkildə bərpa etdilər. Biz siyasi dialoqun gücləndirilməsi, bağlantı və iqtisadi əməkdaşlıq üzərinə fokuslanaraq əməkdaşlığımızı davam etdiririk”.

 

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Aİ Azərbaycanda ən əsas investor olmaqla yanaşı, ölkənin ən böyük ticarət tərəfdaşıdır.