
Sep 01, 2025
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib
Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.
"Report" qurumun saytına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib.
Yeni səfir Mariyana Kuyundziçdir, o, hazırda Xorvatiyanın Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsində nümayəndəsi kimi fəaliyyət göstərir.

