Mar 12, 2025

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır - səfir

Avropa İttifaqı (Aİ) Azərbaycan üçün ən güclü bazardır. APA-Economics xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Miçalko deyib.

 

O qeyd edib ki, 2024-cü ildə Azərbaycan ixracının 63,3 faizi Aİ-yə üzv dövlətlərə yönəlib. Bütövlükdə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır və ölkənin xarici ticarət payının 41%-dən çoxunu tutur.