Sep 27, 2024

EU4Digital ESCA müqayisəli təhlil və keyfiyyət nişanı üçün Şərq Tərəfdaşlığı ölkələrindən klasterlər seçib

EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələrindən beş innovasiya klaster idarəetmə təşkilatının seçildiyini və onlara Klasterlərin təhlili üzrə Avropa Katibliyinin (ESCA) müqayisəli yoxlamasından keçmək və keyfiyyət nişanını almaq üçün lazımi dəstək veriləcəyini elan edib. Bu təşkilatlar 2024-cü ilin aprelində EU4Digital proqramının Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiya klasterlərinin dəstəklənməsinə yönəlmiş yeni fəaliyyətləri çərçivəsində təşkil edilən özünüqiymətləndirmə sorğusunu tamamlayanlar arasından seçilib.

 

Təşkilatların seçimi EU4Digital və ESCA tərəfindən müəyyən edilmiş meyarlar əsasında aparılıb.

 

ESCA seçim meyarları

 

  • Avropa Klasterlərin Əməkdaşlıq Platformasının (EPCC) xəritəsində olması;
  • “Əməkdaşlığın və əlaqələrin gücləndirilməsinə və təhsil keyfiyyətinin artırılmasını ”dəstəkləyən və “xüsusilə də KOB-lar üçün innovativ fəaliyyətləri stimullaşdırmaq üçün ixtisaslaşdırılmış və fərdiləşdirilmiş biznes dəstəyini və ya kanalları təmin edən azı iki fərqli strateji prioritet sahəni əhatə edən azı beş müxtəlif fəaliyyət həyata keçirmişdir [kiçik və orta müəssisələr]”;
  • Əksəriyyəti özəl sektoru təmsil edən azı 15 fəal klaster üzvünün olması;
  • Azı yarım gün işləyən xüsusi klaster idarəçiliyinin mövcudluğu.

 

Əlavə meyarlar:

  • Sənədləşdirilmiş strategiyanın mövcudluğu;
  • İllik fəaliyyət planının olması;
  • Klaster üzvlərinin ehtiyaclarını müəyyənləşdirmək üçün mütəmadi olaraq tədqiqatlar aparır və xidmət paketlərini müvafiq qaydada tənzimləyir;
  • Klaster üzvlərinin rəqəmsal yetkinliyini və ya rəqəmsal innovasiyaya olan tələbatı qiymətləndirmək üçün mütəmadi olaraq tədqiqatlar aparır;
  • Klaster idarəetmə təşkilatının əhəmiyyətli nəticələr əldə etməsi üçün 2022-ci ilə qədər yaradılmalıdır.

 

Əlavə meyarlar rəqəmsal iqtisadiyyatda klaster üzvlərini dəstəkləmək səylərində sistemli və tələb yönümlü klaster idarəetmə təşkilatlarını fərqləndirir.

 

Seçilən beş təşkilat EU4Digital proqramının sentyabrın 10-da klasterlərin müqayisəli təhlili üzrə seminarında məlumatlandırılacaq və rəsmi olaraq 9 oktyabr 2024-cü il tarixində İKT və İnnovasiyalar Forumunda elan ediləcək.

 

 

Əlavə məlumat

Yeni klaster fəaliyyətləri və İKT və İnnovasiyalar Forumu EU4Digital proqramının Imərhələsinin  İKT innovasiyaları və startap ekosistemləri çərçivəsində həyata keçirilir. EU4Digital proqramının İKT və inovasiyalar şəbəkəsi və startap ekosistemi üzrə fəaliyyətləri haqqında daha ətraflı öyrənmək üçün “İzahedici materiallara” və “Kitabxanada” mövcud olan “İKT və innovasiyalar” adlı qısa videoya baxın.