Aİ Ticarət Palataları
1958-ci ildə Avropa İqtisadi Birliyinin yaradılmasına birbaşa cavab olaraq yaradılmışdır. EuroChambers Palataların və biznes ictimaiyyətinin əsas nümayəndəsi kimi çıxış edir.
EuroChambres 45 üzv (43 milli ticarət və sənaye palataları assosiasiyası və iki transmilli palata təşkilatı) və 1700 regional və yerli palatadan ibarət Avropa şəbəkəsi vasitəsilə Avropada 20 milyondan çox biznesi təmsil edir. Bu müəssisələrin 93%-dən çoxu kiçik və orta müəssisələrdir (KOB). Palataların üzvü olan müəssisələrdə 120 milyondan çox işçi çalışır.