Dec 03, 2025

Azərbaycan-Aİ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.

 

Nazirliyin məlumatına görə, görüşdə enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı tərəfdaş rolu, habelə bərpa olunan enerji sahəsində fəaliyyəti yüksək qiymətləndirilib.

 

Görüş zamanı “Enerji Dialoqu” formatında əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası nəzərdən keçirilib. Görüşdə, həmçinin “EU4Energy” proqramı, dekarbonizasiya, enerji səmərəliliyi, hidrogen və digər perspektivli istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə də toxunulub.