Sep 26, 2025

AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 50 milyon manat məbləğində istiqraz buraxacaq.

 

APA-Economics” bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, ilk dəfə buraxılacaq istiqrazların nominal dəyəri 100 min manat, sayı isə ümumilikdə 500 ədəd təşkil edəcək.

 

İstiqrazlar oktyabrın 1-dən etibarən 1 il tədavüldə olacaq.


Gəlir faizlər dəyişkən olacaq və AZIR indeksinə əsasən hesablanacaq.



İstiqrazların yerləşdirilməsi “ABB-Invest” və “Unicapital” investisiya şirkətləri vasitəsilə aparılacaq. Qiymətli kağızlar Bakı Fond Birjasında ticarət olunacaq.