
Aİ-nin Biznes Missiyası Aİ-nin aparıcı biznes qurumlarının, ticarət palatalarının, eləcə də diplomatik missiyaların nümayəndələrindən ibarət idi.
İşgüzar səfər zamanı İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonanın potensial istifadəsi, investorlar üçün yaradılacaq geniş imkan və güzəştlər barədə ətraflı təqdimat nümayiş etdirib. Missiya çərçivəsində İqtisadi Zonaya daxili tur da daxil edilib və şirkətləri və diplomatları maraqlandıran məsələlər barədə ətraflı məlumat verilib.
Aİ-nin Biznes Missiyası “Aİ-Azərbaycan Biznes Forumu” tapşırığı çərçivəsində həyata keçirilir. Bu Layihə Aİ tərəfindən maliyyələşdirilir və biznes mühitini yaxşılaşdırmaq və ölkənin iqtisadiyyatının diversifikasiyasına dəstək verməklə Azərbaycanda qeyri-neft sektorunu gücləndirmək məqsədi daşıyır.
Layihə COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və İnvestBaku ilə əməkdaşlıqda həyata keçirilir.
Ələt Azad İqtisadi Zonası
Date:
Thursday, 02 Dec 2021
Venue:
Ələt Azad İqtisadi Zonası
Working language:
İngilis dili