Nov 24, 2026
“Biznesdə Gənclər” proqramı təqdim olundu
Gənc sahibkarlar üçün yeni imkanlar: Azərbaycanda “Biznesdə Gənclər” proqramı təqdim olundu!
AYİB Avropa İttifaqının dəstəyi ilə Bakıda gənc sahibkarların maliyyəyə çıxışını genişləndirən “Biznesdə Gənclər” proqramını rəsmi olaraq təqdim edib.
Aİ-nin səfiri Mariyana Kuyundziç: “Gənc sahibkarlığa sərmayə qoyuluşu həm iqtisadi, həm də sosial prioritetdir. Bu, yeni iş yerlərinə, gənclərin iqtisadi müstəqilliyinə və Azərbaycanın gələcək rifahına qoyulan sərmayədir”.
AYİB-in Qafqaz üzrə Regional Rəhbəri Tomas Kairys: “Gənc sahibkarlar yeni ideyaları ilə iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynayırlar. Məqsədimiz bu imkanların ölkənin bütün bölgələrində əlçatan olmasıdır”.
Proqram nələr təklif edir?
- Hədəf auditoriya: 35 yaşınadək sahibkarların mikro, kiçik və orta biznesləri.
- Maliyyə və məsləhət: Yerli tərəfdaş banklar vasitəsilə maliyyələşdirmə, həmçinin qeyri-maliyyə və məsləhət xidmətləri.
Artıq icrada: İlk investisiya kimi AccessBank-a 20 milyon ABŞ dollarınadək kredit ayrılıb. Avropa İttifaqı isə EFSD+ proqramı ilə kredit risklərinin azaldılmasına və məsləhət xidmətlərinə dəstək verir.