
Sep 26, 2025
AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 50 milyon manat məbləğində istiqraz buraxacaq.
“APA-Economics” bu barədə Banka istinadən xəbər verir. Məlumata görə, ilk dəfə buraxılacaq istiqrazların nominal dəyəri 100 min manat, sayı isə ümumilikdə 500 ədəd təşkil edəcək.
İstiqrazlar oktyabrın 1-dən etibarən 1 il tədavüldə olacaq.
Gəlir faizlər dəyişkən olacaq və AZIR indeksinə əsasən hesablanacaq.
İstiqrazların yerləşdirilməsi “ABB-Invest” və “Unicapital” investisiya şirkətləri vasitəsilə aparılacaq. Qiymətli kağızlar Bakı Fond Birjasında ticarət olunacaq.


