
Jun 30, 2025
EU4Digital Akademiyasının “Kibertəhlükəsizliyə” dair kursu artıq Azərbaycan dilindədir
Azərbaycanda kiçik və orta ölçülü sahibkarlıq müəssisələri (KOB-lar) və vətəndaşlar EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” adlı kursunda iştirak etməyə dəvət edilirlər. Bu kursda iştirak etməklə şəxsi və ya peşəkar istifadə üçün rəqəmsal texnologiyalarla bağlı təhlükəsizliyinizi təmin edəcək bilik və alətlərə yiyələnəcəksiniz. EU4Digital proqramı onlayn istifadəçiləri dəstəkləmək məqsədilə sözügedən ödənişsiz təlim kursunun Azərbaycan dilinə tərcümə edildiyini bildirir.
Təlim kursu bu sahədə məlumatlılığını və bacarıqlarını artırmaq istəyən qeyri-peşəkarlar üçün nəzərdə tutulub. Kibertəhlükəsizliyin əsas prinsipləri və mühüm bacarıqlarının aşılanması ilə başlayan kursu sərbəst qrafiklə təxminən 5 saata bitirmək mümkündür.
Kursda iştirak edən şəxslərə Aİ ilə uyğunlaşdırılmış mikroetimadnamə təqdim olunur. Nişan formasında olan bu etimadnamələri yeni bacarıq və biliklərin sübutu kimi sosial mediada paylaşa və ya CV-də yerləşdirə bilərsiniz.
Finlandiyanın aparıcı onlayn təhsil provayderi olan “MinnaLearn” tərəfindən hazırlanmış bu kurs həmçinin EU4Digital Akademiyasının öyrənmə kataloqu vasitəsilə İngilis dilində əlçatandır. Kursda Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada yaşayan və kibertəhlükəsizlik mövzusu ilə maraqlanan istənilən vətəndaş, kiçik sahibkarlıq müəssisələrinin əməkdaşları və digər şəxslər iştirak edə bilər.
Qeydiyyatdan keçin!
EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” adlı kursu üçün qeydiyyatdan keçin:
Əlavə məlumat
Kibertəhlükəsizliyə dair kurs EU4Digital Akademiyasının rəqəmsal texnologiyalar üzrə üçüncü belə pulsuz təlim kursudur. Hər bir ölkənin ehtiyaclarına uyğun tərtib olunmuş “Aİ satış platformalarında elektron ticarət” mövzusunda kursda artıq 5500 nəfərə yaxın şəxs iştirak edib və onlardan 1000-i artıq bu kursu müvəffəqiyyətlə bitirib. 2025-ci ilin mart ayından etibarən əlçatan olan “Rəqəmsal marketinqin əsasları” adlı kurs üçün də qeydiyyat davam edir.
- Ölkəniz üzrə kurslar kəşf edin və EU4Digital Akademiyasının internet səhifəsi vasitəsilə pulsuz iştirak edin.
- EU4Digital Akademiyasının rəqəmsal təhsil sahəsindəki uğurları və gələcək planları haqqında ətraflı öyrənin.
EU4Digital proqramının rəqəmsal təhsil proqramı olan EU4Digital Akademiyası əvvəllər EU4Digital EdTech Hub təşəbbüsü adlanırdı. EU4Digital Akademiyası Rəqəmsal bacarıqlar tematik sahəsinin fəaliyyətləri çərçivəsində yaradılıb. Daha çox öyrənmək üçün:
- “İzahedici materiallara” baxın
- “Rəqəmsal bacarıqlar” adlı qısa videoya baxın.
- Rəqəmsal bacarıqlarla əlaqədar nəşrləri kəşf edin,
- EU4Digital proqramının Rəqəmsal bacarıqlara dair xəbərlərini izləyin.
Hər hansı suallar və ya əməkdaşlıq təklifləri ilə bağlı eu4digitalacademy@lt.ey.com ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.
