Mar 05, 2025

S&P Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb.

 

“S&P” 2025-ci il üçün Azərbaycanın ümumi xarici borcunun (həm uzunmüddətli, həm də qısamüddətli) 6,6 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırır.

 

Bu il ölkənin uzunmüddətli xarici borcunun 1,8 milyard dollar, qısamüddətli xarici borcunun isə 4,8 milyard dollar olacağı bildirilir.

 

Azərbaycanın xarici borclanma səviyyəsinin çox aşağı olduğu qeyd edilir. 2025-ci il üçün uzunmüddətli xarici borclanma qlobal borclanmanın 0,3%-ni, ümumi borcun isə 0,2%-ni təşkil edəcək ki, bu da əksər ölkələrlə müqayisədə müsbət göstəricidir.