
Mar 12, 2025
İtaliya səfiri: İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələr çox güclüdür
İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələr çox güclüdür. APA-nın məlumatına görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Kanfrançesko ADA Universitetində jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İtaliya ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə daha da inkişaf edir. Bizim davamlı səfərlərimiz, siyasi sahədə əlaqələrimiz var", - diplomat qeyd edib.

