Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycanda “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramının icrasına başlayır

Mar 16, 2022

Yeni “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı pandemiya böhranı zamanı ŞT regionunda şəhərlərin üzləşdiyi və əvvəlcədən elan edilmiş problemləri həll etməyə çalışır. “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı yerli bələdiyyələr və icmalarla sıx əməkdaşlıq çərçivəsində tədris, mübadilə və strateji innovasiyalar vasitəsilə inkişaf üçün innovativ yanaşmaları araşdıracaq və bələdiyyələrin, böyük və kiçik şəhərlərin və kənd icmalarının imkanlarının genişlənsirilməsi üçün platforma rolunu oynayacaqdır.

 

“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhərlərinə Yerli İqtisadi İnkişaf Planlarının hazırlanması prosesində dəstək veriləcək. Şəhərlərin inkişafı iqtisadiyyatın şaxələndirilməsi və inkluziv inkişaf, yüksək gəlirlər, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, daha sağlam cəmiyyət və nəticədə, regionlarla paytaxt arasında fərqlərin azalması deməkdir. Şübhəsiz ki, bu Proqram Aİ ilə Azərbaycan Hökuməti və ən əsası şəhərlərin bələdiyyə sədrləri arasında “güclü tərəfdaşlıq” əlaqələrinin daha da güclənməsinə töhfə verəcəkdir”, – deyə Avropa Birliyinin Azərbaycandakı səfiri Peter Mixalko bildirib.

 

“Şəhərlər Avropa və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatında mühüm rol oynayır. Son dövrlərdə pandemiya şəhərlərin həssaslığını, dayanıqlığa olan kəskin ehtiyacını ortaya qoymuşdur və ehtimal olunur ki, onların struktur aspektləri, məkan paylanması və şəhərlərin təşkili üzərində uzunmüddətli təsirə malik olacaq. Bu mürəkkəb çağırışlar yeni modellər, aydın məqsədlər və mürəkkəbliyi və davamlı araşdırma prosesini nəzərə alan düşüncə tərzi tələb edir. Bu gün biz strateji tərəfdaşımız olan Avropa İttifaqı ilə Azərbaycanın şəhər bələdiyyələrinə gələcək illərdə icmalarına fayda verəcək planların hazırlanması və həyata keçirilməsində dəstək olmaq üçün yeni layihə başladırıq,” deyə BMTİP-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Suxrob Xojimatov qeyd edib.

 

“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsünün həm hazırkı, həm də gələcək üzvləri yerli ekosistemlər əsasında yüksək kontekstləşdirilmiş innovativ inkişaf strategiyalarının işlənib hazırlanmasına yönəlik təlim və bilik mübadiləsi fəaliyyətlərindən faydalanacaqlar. Aİ və BMTİP yeni nəsil yerli iqtisadi inkişaf planlarının işlənib hazırlanmasında, strateji düşüncənin təşviqində və şəhər dayanıqlığının yaradılmasında onlara dəstək verəcək. Yerli bələdiyyələr yeni fürsətlərə və maliyyələşmə imkanlarına çıxış əldə edə biləcəklər. Buraya maraqların ifadə olunması üçün illik portfolio elanı eləcə də innovativ təkliflərin qəbulu üçün illik elan da daxildir.

SON XƏBƏRLƏR

EBRD Azərbaycanın enerji sektorunun dekarbonizasiyası ilə bağlı tövsiyələr hazırlayıb

News

Energetika Nazirliyində "Azərbaycanda enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr" sənədinin təqdimatı keçirilib.

Azərbaycan-Aİ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

News

Energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.

Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edilib

News

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.

Aİ Səfiri ilə Biznes Səhər Yeməyi və “Avropa İttifaqı Biznes Mühiti Hesabatı – Azərbaycan 2024”ün Təqdimatı

News

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Marijana Kujundžić-in iştirakı ilə Biznes Səhər Yeməyi tədbiri Bakıda keçirilib. Tədbir Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin və ticarət palatalarının nümayəndələrini bir araya gətirib.

Aİ səfiri: "Azərbaycanla yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir"

News

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir.

Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb

News

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Aİ və Azərbaycan ikinci nəqliyyat dialoqunda nəqliyyat əməkdaşlığını dərinləşdirir

News

Oktyabrın 9-da Avropa Komissiyası və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nazir Rəşad Nəbiyev və baş direktor Maqda Kopçinskanın həmsədrliyi ilə ikinci Yüksək Səviyyəli Nəqliyyat Dialoqunu keçirib.

Aİ-Azərbaycan münasibətləri əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - Almaniya səfiri

News

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann xəbər verir ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər dinamik inkişafın yeni mərhələsinə qədəm qoyublar.

Azərbaycan və İtaliya prezidentləri Bakı danışıqlarında enerji, təhsil sahəsində tərəfdaşlığı xüsusi qeyd ediblər

News

Əliyev və Mattarella strateji əlaqələrin, Aİ əlaqələri üzrə əməkdaşlığın artdığını vurğulayıblar, İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak ediblər

AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 50 milyon manat məbləğində istiqraz buraxacaq.

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

News

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.

Nazir: "Azərbaycanın Aİ ölkələri ilə bərpa olunan enerji sahəsində imkanları genişdir"

News

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında imkanlar yalnız ənənəvi enerji sahəsində deyil, həm də bərpa olunan enerji sahəsində genişdir.