Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
Jun 01, 2026
Azərbaycanın Xəzər dənizindəki külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var və Avropa İttifaqı (Aİ) gələcəkdə yaşıl enerji dəhlizi vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (ENER) enerji platforması və beynəlxalq əlaqələr qrupunun direktoru Kristina Lobillo Borrero 31-ci Bakı Enerji Forumunda bildirib.
O, Avropa regionunun hazırda daha qlobal xarakter daşıyan ikinci enerji böhranı ilə üz-üzə qaldığını diqqətə çatdırıb: "Hazırda yüksək enerji qiymətləri Aİ-na təsir göstərir. İlk olaraq biz dekarbonizasiyanı sürətləndirmək istəyirik. 2050-ci ilə qədər dekarbonizasiyaya nail olmaq üçün çox iddialı və aydın hədəflərimiz var. Aİ yerli istehsal olan enerji mənbələri yaratmalıdır. Bu, həm bərpa olunan enerji, həm də nüvə enerjisi deməkdir. Çünki xaricdən nə qədər çox idxal ediriksə, beynəlxalq bazardakı qıtlıqdan və dəyişkənlikdən bir o qədər çox təsirlənirik".
Qonaq əlavə edib ki, Aİ üçün iqtisadiyyatının dekarbonizasiyası zaman alacaq: "Beləliklə, hədəflərimiz 2050-ci ilə qədərdir. Bu müddət ərzində isə Avropa İttifaqı həm qaz, həm də neft idxal etməyə davam edir".
K.L. Borrero həmçinin, keçid dövründə Azərbaycanın strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükündə bizim üçün strateji tərəfdaş olub. Son dörd ildə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına qaz tədarükünü 40 % artırmışıq. Və bu, bizim ərazimizdəki bütün Rusiya qazını əvəz etdiyimiz dönəmdə, bu şaxələndirmə kontekstində bizim üçün həqiqətən çox vacibdir. İkinci çox vacib əməkdaşlıq sahəsi bərpa olunan enerji mənbələri və interkonnektorlardır – xüsusilə də "yaşıl enerji dəhlizi". Biz bərpa olunan enerji sahəsində birlikdə işləməyi planlaşdırırıq. Azərbaycanın Xəzər dənizində külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var. Biz gələcəkdə bu dəhliz vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırırıq".
SON XƏBƏRLƏR
Jun 02, 2026
Azərbaycan Bolqarıstan və Aİ ölkələri üçün etibarlı tərəfdaşdır
News
Kiril Temelkov, Bolqarıstan Respublikasının energetika nazirinin müavini
Jun 01, 2026
Aİ Azərbaycanla təmiz elektrik enerjisi ticarəti üzrə əməkdaşlıq etmək istəyir
News
Azərbaycanın Xəzər dənizindəki külək enerjisindən istifadə etmək üçün çox iddialı planları var və Avropa İttifaqı (Aİ) gələcəkdə yaşıl enerji dəhlizi vasitəsilə təmiz elektrik enerjisinin ticarəti sahəsində də əməkdaşlıq etməyi planlaşdırır.
May 16, 2026
Aİ-nin ənənəvi "Avropa şəhərciyi" bu il Gəncədə keçiriləcək
News
Avropa İttifaqının (Aİ) ənənəvi "Avropa şəhərciyi" tədbiri bu ilin iyun ayında Gəncə şəhərində keçiriləcək.
May 06, 2026
Azərbaycan və Aİ əməkdaşlıq imkanlarını araşdırır
News
Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas ilə görüşüb.
Apr 28, 2026
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib
News
Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes-forumu keçirilib.
Apr 24, 2026
Azərbaycan-Latviya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb
News
Azərbaycan-Latviya biznes-forumu çərçivəsində AZPROMO ilə Latviya Ticarət və Sənaye Palatası, “Caspian Energy Club International” MMC ilə “Power House Latvia” LCC arasında Anlaşma memorandumları imzalanıb.
Apr 20, 2026
Latviya Azərbaycan ilə Aİ arasında praktiki əməkdaşlığın inkişafına fəal töhfə verir (ÖZƏL MÜSAHİBƏ)
News
Latviya Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında praktiki əməkdaşlığın inkişafına fəal şəkildə töhfə verir.
Apr 17, 2026
Azərbaycan və Aİ yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etməyi müzakirə edir
News
16 apreldə Brüsseldə yeni ikitərəfli saziş üzrə danışıqları bərpa etmək və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə əlavə müzakirələr aparmaq üçün Azərbaycan və Avropa İttifaqı nümayəndə heyətləri arasında görüş keçirildi.
Apr 09, 2026
Azərbaycanın bərpa olunan mənbələrdən istehsal edilən enerjisi artıq beynəlxalq sertifikatlaşdırılır
News
Azərbaycan bərpa olunan enerji sektorunun inkişafı və dekarbonizasiya hədəflərinə nail olmaq istiqamətində mühüm addım ataraq, Beynəlxalq Bərpa Olunan Enerji Sertifikatları sistemi I-REC(E) mexanizmini tətbiq etməyə başlayır.
Mar 12, 2026
Aİ münaqişədən sonrakı çətinliklər fonunda Azərbaycanla enerji və təhlükəsizlik əlaqələrini dərinləşdirir
News
Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) cümə axşamı yayımladığı birgə bəyanata görə, iki lider Aİ-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmətə və beynəlxalq hüquqa, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə əsaslandığını bildiriblər.
Mar 04, 2026
“Yaşıl bağlantı üzrə investisiya” mövzusunda Azərbaycan–Avropa İttifaqı dəyirmi masası keçirilib
News
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası ilə paralel olaraq “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan - Avropa İttifaqı dəyirmi masası təşkil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Mar 02, 2026
Avropa İttifaqının nazirləri Bakıya gəlirlər
News
Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci Nazirlər Görüşü və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Görüşü keçiriləcək.