"Moody's": Azərbaycan BOEM-in inkişafı üzrə regional liderə çevrilir

Sep 03, 2025

Xarici sərmayədarların Azərbaycanın bərpa olunan enerji sektoruna marağının artması hökumətin bu sahədəki məqsədlərinə çatmasında mühüm amil olacaq.

 

Bu barədə "Report" "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

 

Hesabat müəllifləri qeyd ediblər ki, Mərkəzi Asiya və Qafqaz ölkələri son illər enerji sektoruna özəl investisiyaların cəlb edilməsi istiqamətində addımlar atıb. Əsas tədbirlərə enerji bazarlarının liberallaşdırılması, subsidiyaların azaldılması, kommunal müəssisələrin istehsal, ötürücü və paylayıcı şirkətlərə bölünməsi daxildir.

 

"Müstəqil tənzimləyicilər və standartlaşdırılmış elektrik alqı-satqısı müqavilələri ilə dövlət-özəl tərəfdaşlıq (PPP) mexanizmləri yaradılıb. Qırğızıstan, Tacikistan və Özbəkistan elektrik enerjisi tariflərini xərclərin ödənilməsi səviyyəsinə çatdırmaq üçün addımlar atır. Özbəkistan 2027-2028-ci ilə qədər bu modelə tam keçid etməyi hədəfləyir. Bu islahatlar daha rəqabətli bazarlar yaratmağa, özəl kapital cəlb etməyə imkan verib, nəticədə də Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafında regional liderlər kimi seçilir", - hesabatda qeyd olunur.

 

"Moody's" xatırladır ki, COP29-a hazırlıq çərçivəsində Azərbaycan BOEM hədəf göstəricisini 2030-cu ilədək quraşdırılmış gücün 35,5 %-nə çatdırıb. Bununla əlaqədar ümumi gücü 2 250 MVt olan günəş və külək layihələrinin istismara verilməsi planlaşdırılır.

 

"AzərEnerji" dövlət şirkəti ümumi gücü 2 QVt olan doqquz günəş və külək elektrik stansiyası, həmçinin yeni su elektrik stansiyaları tikmək niyyətindədir.

 

Hesabatda vurğulanır ki, xarici investorların marağı bu planların həyata keçirilməsinə mühüm töhfə verir. Əsas layihələr arasında gücü 240 MVt, investisiya həcmi təxminən 200 milyon ABŞ dolları olan "Şəfəq" günəş elektrik stansiyası, "Qaradağ" günəş elektrik stansiyası (230 MVt, 262 milyon ABŞ dolları), 1 QVt gücə malik olacaq BƏƏ-nin "Masdar" şirkətinin "Mega" layihəsi, "Xızı-Abşeron" külək elektrik stansiyası (240 MVt, 34 milyon ABŞ dolları) göstərilir. Bundan əlavə, Səudiyyə Ərəbistanın "ACWA Power" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə quruda 1 QVt gücündə külək stansiyalarının və 1,5 QVt gücündə dəniz külək stansiyalarının tikintisi, həmçinin enerjinin saxlanması sisteminin yaradılması və "yaşıl hidrogen" layihələri üzrə sazişlər imzalayıb.

SON XƏBƏRLƏR

Aİ səfiri: "Azərbaycanla yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir"

News

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir.

Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb

News

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Aİ və Azərbaycan ikinci nəqliyyat dialoqunda nəqliyyat əməkdaşlığını dərinləşdirir

News

Oktyabrın 9-da Avropa Komissiyası və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nazir Rəşad Nəbiyev və baş direktor Maqda Kopçinskanın həmsədrliyi ilə ikinci Yüksək Səviyyəli Nəqliyyat Dialoqunu keçirib.

Aİ-Azərbaycan münasibətləri əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - Almaniya səfiri

News

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann xəbər verir ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər dinamik inkişafın yeni mərhələsinə qədəm qoyublar.

Azərbaycan və İtaliya prezidentləri Bakı danışıqlarında enerji, təhsil sahəsində tərəfdaşlığı xüsusi qeyd ediblər

News

Əliyev və Mattarella strateji əlaqələrin, Aİ əlaqələri üzrə əməkdaşlığın artdığını vurğulayıblar, İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak ediblər

AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 50 milyon manat məbləğində istiqraz buraxacaq.

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

News

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.

Nazir: "Azərbaycanın Aİ ölkələri ilə bərpa olunan enerji sahəsində imkanları genişdir"

News

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında imkanlar yalnız ənənəvi enerji sahəsində deyil, həm də bərpa olunan enerji sahəsində genişdir.

Belçika şirkətləri Orta Dəhliz üzrə Azərbaycanla tərəfdaşlıqda perspektivlər görür - Stef Qoris

News

Qarşıdakı 3-5 il ərzində Azərbaycan və Belçika arasındakı əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə artımı gözlənilir, ələlxüsus da logistika sahəsində, belə ki, bir çox Belçika şirkətləri Orta dəhlizə maraq göstərirlər.

Belçika səfiri: "Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış saziş Orta Dəhlizin potensialını gücləndirəcək"

News

Avropanı Mərkəzi Asiya ilə birləşdirən və digər ölkələrə uzanan Orta Dəhlizin strateji əhəmiyyəti sürətlə artır.

"Moody's": Azərbaycan BOEM-in inkişafı üzrə regional liderə çevrilir

News

Xarici sərmayədarların Azərbaycanın bərpa olunan enerji sektoruna marağının artması hökumətin bu sahədəki məqsədlərinə çatmasında mühüm amil olacaq.

Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib

News

Avropa İttifaqı (Aİ) Azərbaycana yeni səfir təyin edib.