AYİB Azərbaycanda su sektorunun səmərəliliyinin artırılması proqramına start verib

Jun 27, 2025

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyindəki təşkilatlar üçün Maliyyə və Əməliyyat Səmərəliliyinin Artırılması Proqramının (FOPIP) başladıldığını elan edib.

 

“Report”un EBRD-yə istinadən verdiyi məlumata görə, bu, Avropa İttifaqı tərəfindən birgə maliyyələşdirilən və “Aqwadem Consulting” şirkətinin dəstəyi ilə həyata keçirilən texniki yardım layihəsidir.

 

Təşəbbüsün koordinatoru, EBRD-nin infrastruktur sektoru və iqtisadi idarəetmə islahatları üzrə II səviyyəli baş məsləhətçisi Yelena Çirkoviç qeyd edib ki, proqramın məqsədi ölkənin su sektorunda idarəetmənin gücləndirilməsi, əməliyyat və maliyyə dayanıqlılığının artırılması, həmçinin satınalma sahəsi də daxil olmaqla ekoloji və iqtisadi cəhətdən səmərəli təcrübələrin tətbiqidir.

 

"Biz Azərbaycanın su sektorunun inkişafında yeni fəslin başlanmasını səbirsizliklə gözləyirik və bu önəmli yolda bütün maraqlı tərəflərlə sıx əməkdaşlığa ümid edirik", - o vurğulayıb.

 

EBRD Gəncənin su ehtiyatlarının idarəetmə sistemlərinin modernləşdirilməsinin maliyyələşdirilməsi üçün 35 milyon avro ayırıb, bununla bağlı kredit sazişi 2025-ci ilin yanvarında imzalanıb. Layihə həmçinin Aİ-nin ayıdığı 5 milyon avroya yaxın qrant hesabına da maliyyələşdiriləcək.

 

Ayrılmış vəsait su kəməri, kanalizasiya kollektorları, su anbarları, yağış sularını idarəetmə sistemləri, həmçinin digər köməkçi infrastrukturun tikintisinə yönəldilib. Bu tədbirlər əhalinin bütün növ su xidmətlərinə çıxışını yaxşılaşdıracaq və eyni zamanda şəhərin iqlim dəyişikliyinin nəticələrinə qarşı dayanıqlılığını artıracaq.

 

Gəncə 2020-ci ildə EBRD-nin "Yaşıl şəhərlər" proqramına qoşulub. Su infrastrukturu üzrə cari layihə bankın bu şəhərdə üçüncü böyük investisiya layihəsi olub. 2022-ci ildə EBRD tullantıların idarəetmə sisteminin modernləşdirilməsi üçün maliyyələşdirməni təmin edib, daha sonra isə şəhərin küçə işıqlandırma infrastrukturunun təkmilləşdirilməsini dəstəkləyib.

 

Cari ilin aprelin 30-na olan məlumata görə, EBRD-nin Azərbaycanda ümumi kredit portfeli 1,004 milyard avroya çatıb. Ümumilikdə bank ölkəyə 3,778 milyard avrodan çox investisiya qoyub və iqtisadiyyatın müxtəlif sektorlarında 197 layihə həyata keçirib. Bu məbləğdən faktiki ödənilmiş vəsait 3,089 milyard avro, ümumi kumulyativ ödənişlər və verilmiş zəmanətlərin həcmi isə 3,41 milyard avro təşkil edib.

SON XƏBƏRLƏR

EBRD Azərbaycanın enerji sektorunun dekarbonizasiyası ilə bağlı tövsiyələr hazırlayıb

News

Energetika Nazirliyində "Azərbaycanda enerji sektorunun dekarbonizasiyasına yönəlmiş siyasət və texnologiyalar üzrə tövsiyələr" sənədinin təqdimatı keçirilib.

Azərbaycan-Aİ enerji əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

News

Energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.

Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edilib

News

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.

Aİ Səfiri ilə Biznes Səhər Yeməyi və “Avropa İttifaqı Biznes Mühiti Hesabatı – Azərbaycan 2024”ün Təqdimatı

News

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Marijana Kujundžić-in iştirakı ilə Biznes Səhər Yeməyi tədbiri Bakıda keçirilib. Tədbir Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin və ticarət palatalarının nümayəndələrini bir araya gətirib.

Aİ səfiri: "Azərbaycanla yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir"

News

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni əməkdaşlıq prioritetləri üzərində iş tamamlanmaq üzrədir.

Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb

News

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Aİ və Azərbaycan ikinci nəqliyyat dialoqunda nəqliyyat əməkdaşlığını dərinləşdirir

News

Oktyabrın 9-da Avropa Komissiyası və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nazir Rəşad Nəbiyev və baş direktor Maqda Kopçinskanın həmsədrliyi ilə ikinci Yüksək Səviyyəli Nəqliyyat Dialoqunu keçirib.

Aİ-Azərbaycan münasibətləri əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur - Almaniya səfiri

News

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann xəbər verir ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər dinamik inkişafın yeni mərhələsinə qədəm qoyublar.

Azərbaycan və İtaliya prezidentləri Bakı danışıqlarında enerji, təhsil sahəsində tərəfdaşlığı xüsusi qeyd ediblər

News

Əliyev və Mattarella strateji əlaqələrin, Aİ əlaqələri üzrə əməkdaşlığın artdığını vurğulayıblar, İtaliya-Azərbaycan Universitetinin açılışında iştirak ediblər

AYİB Azərbaycanda 50 milyon manatlıq istiqraz buraxır

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 50 milyon manat məbləğində istiqraz buraxacaq.

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

News

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə və Cənubi Qafqazda regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib.

Nazir: "Azərbaycanın Aİ ölkələri ilə bərpa olunan enerji sahəsində imkanları genişdir"

News

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında imkanlar yalnız ənənəvi enerji sahəsində deyil, həm də bərpa olunan enerji sahəsində genişdir.