Azərbaycandan Avropaya “yaşıl enerji” və hidrogen tədarükünə dair müzakirələr aparılıb

May 12, 2025

Energetika naziri Pərviz Şahbazovla Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında görüş olub.

 

Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının prioritet istiqamətləri müzakirə edilib. 

 

2021-2024-cü illər ərzində Azərbaycanın Aİ-yə qaz ixracının 57 faizdən çox artdığı vurğulanaraq Cənub Qaz Dəhlizinin genişləndirilməsi və tədarük həcmlərinin artırılması üçün  investisiyalar və uzunmüddətli  müqavilələrin vacibliyi qeyd olunub. Aİ-nin qaz layihələrinin maliyyələşdirilməsinə dair siyasəti nəzərdən keçirilib.

Baş direktor Qert Yan Kupman tərəfindən Orta Dəhliz kontekstində regionla Aİ arasında enerji və elektrik ticarətini artırmağa yönəlmiş planlar çərçivəsində Azərbaycanla əməkdaşlığa, xüsusilə “Xəzər-Qara Dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə xüsusi maraq  ifadə edilib. Söhbət zamanı layihənin texniki-iqtisadi əsaslandırma mərhələsində olması, Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) 10 illik inkişaf planına (TYNDP) daxil edilməsi üçün həyata keçirilən proseslər, dəhlizin elektrik enerjisi ilə yanaşı, fiber-optik komponenti, həmçinin növbəti mərhələdə “yaşıl enerji”nin tədarük imkanları barədə məlumat verilib. Bu dəhlizin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə əlaqələndirilməsi perspektivi diqqətə çatdırılıb.  Nazir Pərviz Şahbazov bildirib ki, layihə Avropa ilə Mərkəzi Asiyanı Azərbaycan vasitəsilə birləşdirə bilər, bu da gələcəkdə Qazaxıstan və Özbəkistandan böyük həcmlərdə enerji resurslarının Avropaya ötürülməsini təmin edə və Ai-nin enerji təchizatının şaxələndirilməsi baxımından mühüm rol oynaya bilər.

 

Görüşdə, həmçinin  Azərbaycan-Aİ enerji dialoqunun üçüncü iclasının keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

SON XƏBƏRLƏR

Azərbaycan Dünya Bankından 173,5 milyon dollar kredit aldı

News

Azərbaycan Dünya Bankı ilə bərpa olunan enerji layihəsi üzrə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb

EU4Digital Akademiyasının “Kibertəhlükəsizliyə” dair kursu artıq Azərbaycan dilindədir

News

Azərbaycanda kiçik və orta ölçülü sahibkarlıq müəssisələri (KOB-lar) və vətəndaşlar EU4Digital Akademiyasının “Kibertəhlükəsizlik” adlı kursunda iştirak etməyə dəvət edilirlər.

AYİB Azərbaycanda su sektorunun səmərəliliyinin artırılması proqramına start verib

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və onun tabeliyindəki təşkilatlar üçün Maliyyə və Əməliyyat Səmərəliliyinin Artırılması Proqramının (FOPIP) başladıldığını elan edib.

Avropa Şəhərciyi – EuroVillage2025 Bakıda!

News

Avropa İttifaqı sizi “EuroVillage 2025” tədbirinə dəvət edir!

Brüsseldə Azərbaycan-Aİ Enerji Dialoqunun üçüncü iclası keçirilib

News

Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunun üçüncü iclası olub.

AYİB və Unibank Azərbaycanda ticarətin maliyyələşdirilməsini dəstəkləyəcək

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Ticarətin maliyyələşdirilməsi proqramı” (TFP) çərçivəsində Azərbaycanda fəaliyyət göstərən Unibank üçün 4,4 milyon avro məbləğində ticarətin maliyyələşdirilməsi xəttini təsdiq edib. 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi Avropa Günü təşkil edib

News

Cümə axşamı Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan və Aİ bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirməyi müzakirə ediblər

News

Azərbaycan və Avropa İttifaqı bir neçə sahədə əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib, deyə Azərbaycan İqtisadiyyat Naziri Mikayıl Cabbarov X sosial şəbəkəsində bildirib,

Azərbaycandan Avropaya “yaşıl enerji” və hidrogen tədarükünə dair müzakirələr aparılıb

News

Energetika naziri Pərviz Şahbazovla Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında görüş olub.

İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib

News

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib.

Varşavada Şərq Tərəfdaşlığı Biznes Forumu keçirildi

News

Şərq Tərəfdaşlığı Biznes Forumu 2025-ci il 15–16 aprel tarixlərində Varşavadakı PGE Narodowy Stadionunda keçirilib. Forum Avropa İttifaqına üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələrinin yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, regional prioritetlər və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparmaq üçün platforma rolunu oynayıb.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib

News

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib.