Azərbaycan AİB-in Qlobal proqramı tərəfindən ayrılan 43 milyon avroluq kreditlə dövlət idarəçiliyini rəqəmsallaşdıracaq

Dec 26, 2024

Avropa İnvestisiya Bankının Qlobal proqramı (AİB Qlobal) çərçivəsində Azərbaycanda hökumət xidmətləri üçün rəqəmsal infrastrukturun inkişaf etdirilməsi məqsədilə 43 milyon avroluq kredit razılaşması imzalanıb. Kredit dövlətə məxsus “AzInTelecom” MMC-yə ayrılıb. Şirkət bu maliyyələşməni müasir iki yeni data mərkəzinin qurulması üçün istifadə edəcək.

 

Bu, AİB-in Qlobal proqramının Azərbaycanın dövlət sektoruna ayırdığı ilk kreditdir. Layihə dövlət məlumatlarının və xidmətlərinin daha təhlükəsiz, sürətli və əlçatan olmasını təmin etmək məqsədi daşıyır. İnşa ediləcək data mərkəzləri “bulud” xidmətləri təqdim edəcək. Abşeron və Hacıqabul rayonlarında tikilməsi nəzərdə tutulan hər iki data mərkəzin inşası “yaşıl” texnologiyalar əsasında aparılacaq.

 

2027-ci ildə başa çatması nəzərdə tutulan layihə eyni zamanda innovasiyalar və ixtisaslaşma tələb edən iş yerləri vasitəsilə iqtisadi imkanlar yaradacaq.

 

AİB-in vitse-prezidenti və bankın Azərbaycandakı fəaliyyətlərinə nəzarət edən Tereza Çervinska qeyd edib ki, məlumatlara çıxışın yaxşılaşdırılması və dayanıqlı rəqəmsal transformasiyanın təşviqi Avropa İnvestisiya Bankının əsas prioritetlərindən biridir. 

 

“İnnovasiya və şəffaflığa yönəlmiş bu konkret investisiya yalnız dövlət idarəçiliyini müasirləşdirməklə kifayətlənməyəcək, həm də dayanıqlı iqtisadi artıma və sosial tərəqqiyə töhfə verəcək”, – o, bildirib.

 

Bu təşəbbüs Avropa İttifaqının Şərq Tərəfdaşlığı üçün İqtisadi və İnvestisiya Planı və Global Gateway strategiyasına uyğun olmaqla Avropa İttifaqının regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiyanın təşviqinə sadiqliyini vurğulayır.

Latest

Azərbaycan AİB-in Qlobal proqramı tərəfindən ayrılan 43 milyon avroluq kreditlə dövlət idarəçiliyini rəqəmsallaşdıracaq

News

Avropa İnvestisiya Bankının Qlobal proqramı (AİB Qlobal) çərçivəsində Azərbaycanda hökumət xidmətləri üçün rəqəmsal infrastrukturun inkişaf etdirilməsi məqsədilə 43 milyon avroluq kredit razılaşması imzalanıb.

"Yaşıl Gələcək" bilik yarışı

News

Yaşıl ideyalarınızı güclü və real həllərə çevirməyə hazırsınızsa, Avropa İttifaqının "Yaşıl Gələcək" bilik yarışına qoşulun!

EBRD COP29 zamanı Azərbaycanın günəş enerjisi genişlənməsinə sərmayə yatırır

News

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 zamanı Azərbaycanın bərpa olunan enerji sektoruna böyük bir sərmayə açıqlayıb.

AYİB, Aİ və Bank Respublika Azərbaycan KOB-larını dəstəkləyəcək

News

Avropa Yenidənqurma  və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika üçün 7,5 milyon ABŞ dolları (7 milyon avro) məbləğində yerli valyuta ilə kredit ayırıb.

Yaşıl İnkişafı Təşviq: Bakıda Polşa-Azərbaycan Biznes Forumu

News

18 noyabr 2024-cü il tarixində "Yaşıl İnkişafı Təşviq: Polşa-Azərbaycan Biznes Forumu" Bakıda keçirilmişdir. Tədbir, Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim sammitinin çərçivəsində Polşa Respublikasının İqlim və Ətraf Mühit Nazirliyi və Polşanın Bakıdakı Səfirliyi tərəfindən təşkil olunmuşdur.

Avropa İttifaqı COP29 tədbirində

News

Sizi Aİ-nin iqlim üzrə öhdəliklərini yerinə yetirmək üçün ölkə daxilində və dünya miqyasında nə etdiyini kəşf etməyə dəvət edirik.

Avropa İttifaqı-Türkiyə Azərbaycan İnvestisiya Görüşü, 2024

News

“Avropa İttifaqı-Türkiyə Azərbaycan İnvestisiya Görüşü, 2024” adlı tədbir 30-31 oktyabr 2024-cü il tarixlərində Azərbaycanın Lənkəran şəhərində yerləşən Lənkəran Springs Oteldə keçiriləcək.

COP29 ərəfəsində Bakıda "NORDIC TALKS" təşəbbüsünə start verildi

News

COP29 ərəfəsində Şimali Avropa ölkələrinin səfirlikləri Bakıda "NORDIC TALKS" təşəbbüsünə start verdi

EU4Digital ESCA müqayisəli təhlil və keyfiyyət nişanı üçün Şərq Tərəfdaşlığı ölkələrindən klasterlər seçib

News

EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələrindən beş innovasiya klaster idarəetmə təşkilatının seçildiyini və onlara Klasterlərin təhlili üzrə Avropa Katibliyinin (ESCA) müqayisəli yoxlamasından keçmək və keyfiyyət nişanını almaq üçün lazımi dəstək veriləcəyini elan edib.

Azərbaycan Prezidenti İqtisadiyyat Nazirliyinə yeni səlahiyyətlər verir - FƏRMAN

News

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası tərəfindən Avropa Komissiyasının Qeydiyyatdan Keçmiş İxracatçılar Sisteminin istifadəsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman imzalayıb, APA xəbər verir.

Birinci Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu keçirilib

News

Birinci Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu 2024-cü il iyunun 27-də onlayn keçirilib və Polşanın Bakıdakı Səfirliyi, Fintech Poland, Azərbaycan Fintech Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil edilib.

Aİ-Azərbaycan Biznes Forumu 2024-2026 layihəsinin açılış tədbiri keçirildi

News

29 may 2024-cü il tarixində COWI Belgium Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFPalata) və InvestBaku ilə birgə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Aİ-Azərbaycan Biznes Forumu 2024-2026 layihəsinin Açılış Tədbirini keçirdi.