May 14, 2024
Açılış Tədbiri - Aİ-Azərbaycan Biznes Forumu 2024-2026
29 may 2024-cü il tarixində Bakıda keçirilməsi planlaşdırılan 2024-2026-cı illər üzrə Aİ-Azərbaycan Biznes Forumunun Açılış Tədbirini elan etməkdən məmnunuq.
Bu təşəbbüs Azərbaycanda biznes mühiti və investisiya imkanları haqqında məlumatlılığı artırmaq və dövlət-özəl sektor dialoqunu təşviq etməyə yönəlib.
- Tarix: 29 May 2024
- Vaxt: 10:00 - 12:00 (Bakı vaxtı ilə)
- Məkan: Bakı, Azərbaycan
Qeydiyyat: Bu tədbirdə iştirak etmək üçün zəhmət olmasa burada qeydiyyatdan keçin: Qeydiyyat üçün LİNK
Qeydiyyatın Son Tarixi: 23 May 2024
Bu layihə Avropa İttifaqı tərəfindən dəstəklənir, COWI Belgium tərəfindən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) və InvestBaku ilə birgə həyata keçirilir.
Bütün maraqlı tərəfləri tədbirdə qeydiyyatdan keçməyə dəvət edirik. Qeydiyyat formanızı nəzərdən keçirdikdən sonra e-poçt vasitəsilə rəsmi dəvət göndərəcəyik.
*Qeyd: İştirak yalnız təşkilatçılardan rəsmi təsdiq aldıqdan sonra təsdiqlənir.
Data in Global
Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu
Nov 08, 2024
Yaşıl İnkişafı Gücləndirmək: Polşa-Azərbaycan Biznes Forumu Baku'da, Polşanın ayrı COP29 yan tədbiri olaraq, 18 noyabr tarixində saat 10:00-da Landmark Baku (90A Nizami küçəsi) Rotunda zalında keçiriləcək.
Mərkəzi Baltik və Azərbaycan Yaşıl Texnologiyalar və Dayanıqlılıq Forumu
Oct 14, 2024
17 oktyabrda Bakıda keçiriləcək Mərkəzi Baltik – Azərbaycan Biznes Forumu Latviyadan, Estoniyadan, Finlandiyadan və Azərbaycandan olan biznes liderləri, yenilikçilər və hökumət nümayəndələrini bir araya gətirərək dayanıqlı texnologiya sahəsində tərəfdaşlıqları araşdırmaq və gücləndirmək məqsədi daşıyır.
Qeydiyyatdan keçin! EU4Digital İKT və İnnovasiyalar Forumu: Şərq Tərəfdaşlığı klasterləri
Sep 19, 2024
9 Oktyabr 2024-cü il tarixində “Rəqəmsal innovasiyaları dəstəkləmək üçün Şərq Tərəfdaşlığı klasterlərinin potensialının artırılması” mövzusunda keçiriləcək EU4Digital İKT və İnnovasiyalar Forumu üçün qeydiyyat başlanıb.
Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu
Jun 21, 2024
Birinci Polşa-Azərbaycan İnnovativ Maliyyə Forumu (onlayn) Polşa və Azərbaycanın fintech sektorları arasında əməkdaşlıq imkanlarına həsr olunacaq.
2024-cü il üçün Aİ Biznes Mühiti Sorğusunda Anonim İştirak Edin
Jun 07, 2024
Avropa şirkətlərini 2024-cü il üçün anonim Avropa İttifaqı Biznes Mühiti Sorğusunda iştirak etməyə dəvət edirik.
Tekstil Sektoru üçün Tədqiqat Səfəri
Jun 05, 2024
Siz KOS kimi tekstil sektorunda fəaliyyət göstərir və Şərq Tərəfdaşlığı ölkələrindən birində yaşayırsınızsa, beynəlxalq ekspertlərin təcrübəsindən öyrənmək, eyni sahədə çalışan sahibkarlarla əlaqə yaratmaq və biznesinizin üfüqlərini genişləndirmək imkanını əldən verməyin.
Bakı Enerji Forumu 2024
May 29, 2024
İyunun 5-6-da Azərbaycanda ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Bakı Enerji Forumu keçiriləcək.
Açılış Tədbiri - Aİ-Azərbaycan Biznes Forumu 2024-2026
May 14, 2024
29 May tarixində Bakıda keçirilməsi planlaşdırılan 2024-2026-cı illər üzrə Aİ-Azərbaycan Biznes Forumunun Açılış Tədbirini elan etməkdən məmnunuq.
Aİ, BMTİP və tərəfdaşlar yerli iqtisadi inkişaf naminə yeni proqrama start verir
Mar 25, 2024
2024-cü ilin mart ayında Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və tərəfdaşları İqtisadi İnkişafın Yolları (P4EG) proqramının icrasına başlayıb.
Rəqəmsal marketinq və sosial media sahəsindəki KOB-lar və BDT-lər üçün Estoniyaya səfər təşkil ediləcək
Mar 01, 2024
“EU4Business: Şirkətlərin əlaqələndirilməsi” layihəsi EU4Business və Ermənistanın Civitta şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada çalışan marketinq və kommunikasiya mütəxəssislərini may ayında Estoniyaya işgüzar səfərə dəvət edir.
Avropa Təlim Fondu “Yaşıl Bacarıqlar Mükafatı 2024” üçün ərizələrin qəbuluna başlayıb
Feb 11, 2024
Avropa Təlim Fondu (ETF) yaşıl iqtisadiyyata keçidin gücləndirilməsində bacarıqların rolu haqqında qabaqcıl təcrübə nümunələrinin və hekayələrin qəbuluna başlayıb. Şərq Tərəfdaşlığı ölkələri də bu mükafatı almaq üçün müraciət edə bilər.
Şərq Tərəfdaşlığı ölkələrinin biznesə dəstək təşkilatları üçün Brüsselə səfər
Feb 01, 2024
“EU4Business: Şirkətlərin əlaqələndirilməsi” (EU4BCC) layihəsi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində fəaliyyət göstərən Biznesə dəstək təşkilatlarını (BDT-lər) Brüsselə bir həftəlik maariflənmə xarakteri daşıyan səfərdə iştirak etməyə dəvət edir.