Jun 28, 2025

EU4Digital ŞT klasterlərini “Klasterlərin regionlarla görüşü” adlı tədbirə dəvət edir

EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində fəaliyyət göstərən klaster təşkilatlarını 1-2 iyul 2025-ci il tarixində Rumıniyanın Kluj-Napoka şəhərində keçiriləcək “Klasterlərin regionlarla görüşü” adlı tədbirdə iştirak etməyə dəvət edir. Avropa Klasterlərin Əməkdaşlıq Platforması (ECCP) tərəfindən təşkil olunan bu flaqman tədbir bilik və təcrübə mübadiləsi, eləcə də yeni tərəfdaşlıqların qurulması məqsədilə klasterlərin rəhbərlərini, siyasət müəyyənləşdirən qurumların, biznesə dəstək təşkilatlarının və innovasiya təşkilatlarının nümayəndələrini bir araya gətirəcək.

 

Kənd təsərrüfatı məhsullarının istehsalı, yaşıl enerji, ağac və mebel, dizayn, 4-cü sənaye inqilabı və rəqəmsal transformasiya kimi əsas iqtisadi və innovasiya sektorlarına həsr olunmuş tədbir Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı (ŞT) regionu –Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna klaster ekosistemləri arasında yüksək əməkdaşlıq potensialına malik sahələri əhatə edir.

 

EU4Digital transsərhəd əməkdaşlığı təşviq etmək və Şərq Tərəfdaşlığı regionunun innovasiya potensialını gücləndirmək üzrə davam edən fəaliyyətləri çərçivəsində və ECCP ilə birgə tərəfdaşların axtarılması üzrə tədbirə onlayn qoşulmaq imkanı yaradır və Şərq Tərəfdaşlığı klasterlərinin tədbirdə iştirakını dəstəkləyir. 1 iyul saat 17:00-19:00 (Şərqi Avropa yay vaxtı) keçiriləcək sessiya çərçivəsində B2Match platforması vasitəsilə ikitərəfli virtual görüşlər təşkil olunacaq.

 

Güclü tərəflərini nümayiş etdirmək və gələcək əməkdaşlıq üçün imkanları araşdıra bilmələri üçün onlayn görüşlərdə ŞT klasterləri ilə onların Aİ tərəfdaşları arasında yeni əlaqələr qurulacaq. Daha böyük kütləyə tanınma, beynəlmiləlləşdirmə və strateji şəbəkələrin qurulmasına yönəlmiş bu tədbir xüsusilə əhatə dairələrini genişləndirməyə və əməkdaşlıq layihələrinə cəlb olunmağa çalışan təşkilatlar üçün dəyərli olacaq.

 

 

Qeydiyyatdan keçin

 

ŞT regionunda fəaliyyət göstərən klasterlər Avropa klaster ekosistemi ilə faydalı əlaqələr qurmaq üçün bu fürsətdən mütləq yararlanmalıdır.

 

Bu tədbirdə iştirak etməkdə maraqlısınızsa və ya bu iştirak imkanı haqqında daha çox məlumat almaq istəyirsinizsə, Anna Pobol <Anna.Pobol@gmail.com> və Miqle Baltrusayte <Migle.Baltrusaityte@lt.ey.com> ilə əlaqə saxlayın.

 

 

Əlavə məlumat

 

EU4Digital İKT, İnnovasiyalar və Startap ekosistemləri tematik sahəsinin fəaliyyətləri çərçivəsində innovasiya klasterlərini dəstəkləyir. Daha ətraflı məlumat öyrənmək üçün “İzahedici materiallar adlı vebməzmuna vəİKT və innovasiyalar” adlı videoçarxa baxın, yaxud İKT və innovasiyalara dair nəşrləri oxuyun və EU4Digital proqramının İKT və innovasiyalar üzrə xəbərlərinə abunə olun.

Data in Global

EU4Digital invites EaP clusters to ‘Clusters Meet Regions’ matchmaking event

Jun 28, 2025

The EU4Digital Facility invites cluster organisations from Eastern partner countries to attend the ‘Clusters Meet Regions’ event on 1–2 July 2025 in Cluj-Napoca, Romania.

European Digital Skills Awards 2025

Jun 24, 2025

European Digital Skills Awards 2025 – apply by 15 July

EuroVillage 2025 in Baku

Jun 19, 2025

EuroVillage 2025, a vibrant open-air festival hosted by the European Union is taking place on 22 June at Baku boulevard.

Boosting Green: Polish-Azerbaijani Business Forum 

Nov 08, 2024

The Boosting Green: Polish-Azerbaijani Business Forum in Baku, as Polish separate COP29 side event, will take place on November 18 at 10.00 in the Rotunda Hall of the Landmark Baku (90A Nizami Street). 

Central Baltic & Azerbaijan GreenTech and Sustainability forum

Oct 14, 2024

The upcoming Central Baltic – Azerbaijan Business Forum taking place on 17th of October in Baku, will gather business leaders, innovators, and government representatives from Latvia, Estonia, Finland, and Azerbaijan to explore and strengthen partnerships in sustainable technology.

Register! EU4Digital ICT Innovation Forum: Eastern Partnership clusters

Sep 19, 2024

Registration is open for this year’s EU4Digital ICT Innovation Forum, to be held on 9 October 2024 under the theme ‘Eastern Partnership clusters capacity building to support digital innovation’.

Polish-Azerbaijani Innovative Finance Forum

Jun 21, 2024

The first Poland-Azerbaijan Innovative Finance Forum (online) will be devoted to the possibilities of cooperation between the Polish and Azerbaijani fintech sectors.

Participate in anonymous EU Business Climate Survey 2024

Jun 07, 2024

We invite European companies to participate in anonymous EU Business Climate Survey 2024. 

Study Visit for the Textile Sector

Jun 05, 2024

If you are an SME operating in the textile sector and you are based in one of the countries of the EaP region, don’t miss out on this opportunity to learn from international experts, connect with fellow entrepreneurs, and expand your business horizons. 

Baku Energy Forum 2024

May 29, 2024

On June 5-6, the 29th Baku Energy Forum will be held within the Baku Energy Week traditionally hosted in Azerbaijan.

Launching Event of the EU-Azerbaijan Business Forum 2024-2026

May 14, 2024

We are excited to announce the Launching Event of the EU-Azerbaijan Business Forum 2024-2026 assignment, scheduled to take place in Baku on May 29, 2024.

EU, UNDP and partners launch new framework for local economic development – the Pathways for Economic Growth (P4EG)

Mar 25, 2024

This March, the European Commission’s Directorate-General for Neighbourhood and Enlargement Negotiations (DG NEAR), the United Nations Development Programme (UNDP) and their partners launched the Pathways for Economic Growth (P4EG) framework.