Sep 19, 2024

Qeydiyyatdan keçin! EU4Digital İKT və İnnovasiyalar Forumu: Şərq Tərəfdaşlığı klasterləri

9 Oktyabr 2024-cü il tarixində “Rəqəmsal innovasiyaları dəstəkləmək üçün Şərq Tərəfdaşlığı klasterlərinin potensialının artırılması” mövzusunda keçiriləcək  EU4Digital İKT və İnnovasiyalar Forumu üçün qeydiyyat başlanıb. EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi normayaradan orqanları, startapları, innovasiya klasterlərini və klaster idarəetmə təşkilatlarını, beynəlxalq donorları və rəqəmsal innovasiya və inkişaf üzrə ekspertləri tədbirə qoşulmağa dəvət edir.

 

Avropa Klasterlər Alyansı (ECA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilən 2024-cü il üzrə EU4Digital İnnovasiyalar Forumu Moldovanın Kişinyov şəhərində baş tutacaq. Hibrid formatda keçiriləcək tədbirə onlayn qaydada da qoşulmaq olar. Forum Avropa Klaster Əməkdaşlıq Platforması və EU4Moldova Mərkəzi Regionlar Proqramı tərəfindən təşkil edilən “Klasterlər Regionlarla Görüşür” tədbirinə paralel olaraq keçiriləcək.

 

Bu ilki illik yüksək səviyyəli forum Şərq Tərəfdaşlığı (ŞT) regionundan İKT və innovasiyaları və startap ekosistemlərinin liderlərini, o cümlədən hökumət qurumlarının, nazirliklərin, agentliklərin nümayəndələrini və digər ekspertləri bir araya gətirir. Hər il regionun İKT və innovasiyalar, o cümlədən startap ekosisteminin inkişafının fərqli cəhətlərinin diqqət mərkəzində olduğu tədbir bu il innovasiya klasterlərinə həsr olunub.

 

Bu ilki Forumda

 

Bu ilki forum Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin əsas normayaradanları və aparıcı klaster təşkilatları, eləcə də beynəlxalq donorlar üçün təcrübə və strateji planları bölüşmək, problemlər, klaster siyasəti və donor dəstəyini müzakirə etmək üçün platforma rolunu oynayacaq. Mövzulara innovasiya klasterlərinin inkişafı və rəqəmsal iqtisadiyyatda innovasiya klasterlərinə dəstək yolları, eləcə də onların Şərq Tərəfdaşlığı startaplarının və kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) innovativ olmaq və rəqəmsallaşmanın faydaları kimi yeniliklərdən istifadə etmək bacarığını inkişaf etdirmək imkanları daxildir.

 

EU4Digital İKT və İnnovasiyalar Forumunun iştirakçıları həmçinin:

 

  • Şərq Tərəfdaşlığı klaster təşkilatlarının innovasiyaları və rəqəmsallaşmanı dəstəkləmək imkanlarına dair EU4Digital sorğusunun nəticələrini dinləmək;
  • Avropa Klaster İdarəetmə Keyfiyyət Nişanını almaq üçün müqayisəli yoxlama prosesi ilə bağlı EU4Digital proqramının hansı beş Şərq Tərəfdaşlığı innovasiya klasterini seçdiyini öyrənmək;
  • iştirakçı innovasiya qruplarından inkişaf trendləri və onların dəstək ehtiyacları haqqında anlayışlar əldə etmək;
  • innovasiya klasterləri siyasəti və dəstəyi haqqında normayaradanlar və donorları dinləmək.

 

Forum haqqında əlavə məlumat və qeydiyyat

 

  • TARİX: 9 oktyabr 2024-cü il
  • VAXT: 9:00–14:00 Mərkəzi Avropa vaxtı ilə (Brüssel)
    10:00–15:00 (Moldova, Ukrayna)
    11:00–16:00 (Azərbaycan, Ermənistan, Gürcüstan)
  • HARADA: Moldovanın paytaxtı Kişinyovda şəxsən qoşulma imkanı ilə onlayn (tədbirə qoşulma keçidi qeydiyyatdan sonra göndəriləcək)
  • DİL: İngilis dili
  • İKT və İnnovasiyalar Forumu üçün qeydiyyatdan keçin!

 

Əlavə məlumat

 

İKT və İnnovasiyalar Forumu və klasterlərlə bağlı yeni fəaliyyətlər EU4Digital proqramının II mərhələsi çərçivəsində İKT innovasiyaları və startap ekosistemlər şəbəkəsi daxilində həyata keçirilir. EU4Digital proqramının İKT və inovasiyalar şəbəkəsinin fəaliyyətləri haqqında daha ətraflı öyrənmək üçün “İzahedici materiallara” və “Kitabxanada” mövcud olan “İKT və innovasiyalar” adlı qısa videoya baxın.

Data in Global

Central Baltic & Azerbaijan GreenTech and Sustainability forum

Oct 14, 2024

The upcoming Central Baltic – Azerbaijan Business Forum taking place on 17th of October in Baku, will gather business leaders, innovators, and government representatives from Latvia, Estonia, Finland, and Azerbaijan to explore and strengthen partnerships in sustainable technology.

Register! EU4Digital ICT Innovation Forum: Eastern Partnership clusters

Sep 19, 2024

Registration is open for this year’s EU4Digital ICT Innovation Forum, to be held on 9 October 2024 under the theme ‘Eastern Partnership clusters capacity building to support digital innovation’.

Polish-Azerbaijani Innovative Finance Forum

Jun 21, 2024

The first Poland-Azerbaijan Innovative Finance Forum (online) will be devoted to the possibilities of cooperation between the Polish and Azerbaijani fintech sectors.

Participate in anonymous EU Business Climate Survey 2024

Jun 07, 2024

We invite European companies to participate in anonymous EU Business Climate Survey 2024. 

Study Visit for the Textile Sector

Jun 05, 2024

If you are an SME operating in the textile sector and you are based in one of the countries of the EaP region, don’t miss out on this opportunity to learn from international experts, connect with fellow entrepreneurs, and expand your business horizons. 

Baku Energy Forum 2024

May 29, 2024

On June 5-6, the 29th Baku Energy Forum will be held within the Baku Energy Week traditionally hosted in Azerbaijan.

Launching Event of the EU-Azerbaijan Business Forum 2024-2026

May 14, 2024

We are excited to announce the Launching Event of the EU-Azerbaijan Business Forum 2024-2026 assignment, scheduled to take place in Baku on May 29, 2024.

EU, UNDP and partners launch new framework for local economic development – the Pathways for Economic Growth (P4EG)

Mar 25, 2024

This March, the European Commission’s Directorate-General for Neighbourhood and Enlargement Negotiations (DG NEAR), the United Nations Development Programme (UNDP) and their partners launched the Pathways for Economic Growth (P4EG) framework.

Explore Estonia’s Ecosystem: Apply for the SME and BSO Tour focused on Digital Marketing and Social Media!

Mar 01, 2024

The ‘EU4Business: Connecting Companies’ project in partnership with EU4Business and Armenian company Civitta invites marketing and communications professionals from Armenia, Azerbaijan, Georgia, Moldova, and Ukraine to enrol for a business trip to Estonia this May.

European Training Foundation opens applications for Green Skills Award 2024

Feb 11, 2024

The European Training Foundation (ETF) is launching a call for examples of good practice on the role of skills in achieving the green transition – the Green Skills Award 2024. The call is open for Eastern partner countries.

Visit to Brussels for Business Support Organisations from the Eastern Partnership

Feb 01, 2024

The ‘EU4Business: Connecting Companies’ (EU4BCC) project invites Business Support Organisations (BSOs) from the Eastern Partnership (EaP) region to join a one-week study visit to Brussels.

BSTDB WILL HOST A BUSINESS FORUM IN BAKU

Jun 11, 2022

On the occasion of the 24th Annual Meeting of the Board of Governors, the Black Sea Trade & Development Bank (BSTDB) will host a Business Forum in Baku, on Friday, 24 June 2022.